Zam Zam Kids Club

Uşaqlar bizim gələcəyimizdir

Zam Zam Kids Club

Salam, hörmətli valideynlər! Sizi Zəm-Zəm uşaq klubunun saytında salamlamağa şadıq. Biz əminik ki, hər bir uşaq unikal və təkrarsızdır. Orijinallıq, ixtiraçılıq, yaratmaq qabiliyyəti – bu xüsusiyyətlər hər bir körpəyə xasdır. Biz Sizə azad, harmonik, özünə əmin, müstəqil qərarlar qəbul etməyi və həm özünə, həm də əhatəsində olan insanlara hörmət etməyi bacaran bir şəxsiyyət böyütməkdə kömək edəcəyik. Bağçamızda rahat ev şəraiti, müasir dizaynlı otaqlar, gecə-gündüzlü videomüşahidə kameraları, Montessori sinfi – ekoloji təmiz ağacdan hazırlanmış mebel, ən qabaqcıl müasir məktəbəqədər metodikalar, tamdəyərli və çeşidli qidalanma, gimnastika, rəsm, Kids Lab uşaq laboratoriyası, bir saatlıq dayə xidməti, bacarıqlı əllər, mental arifmetika, ekskursiyalar, şənbə günləri analar və uşaqlar üçün psixoloji təlimlər, münasib qiymətlər, master-klasslar mövcuddur. Bağçamız isti, təmiz və rahatdır. Biz uşaqları həqiqətən sevirik və onlara nağılsayağı həyat bəxş etməyə, böyüklərdən qorxmadan onlara olan inamlarını gücləndirərək fikir mübadiləsi aparmağı və sağlam mübahisə etməyi öyrətməyə çalışırıq. Axı parlaq, istedadlı və azad insan olmaq çox gözəldir!!!


Montessori metodu

Klassik təhsil modellərindən fərqli olaraq, hər uşağın xüsusi və tək olduğunu əsas alan, öz fərdi öyrənmə sürətinə görə irəliləyə biləcəyi təhsil metodu Montessori, xüsusilə 0-6 yaş dövrü üçün tətbiq olunur.

Ətraflı

Online Video

Bağçada müasir kamera nəzarəti sistemi quraşdırılıb. Kamera vasitəsilə həm də müəssisənin təhlükəsizliyi təmin olunur. Təbii ki, ən üstün cəhəti odur ki, valideynlər işdə, evdə ola-ola tərbiyəçinin onun övladı ilə necə davrandığını müşahidə edə bilir.

Ətraflı