Home » İngilis Dili » Mental Arifmetika

mega_aritmetik_komple_set

Meqa Hafizə™ tərəfindən 5 — 11 yaş arası uşaqlar üçün hazırlanmış olan Meqa Mental (zehni) Arifmetika™ zehni riyaziyyat təlimi cəmi iki il davam edən dörd (4) təlim kursundan ibarətdir. Hər bir kursun müddəti normal olaraq 14 — 16 həftə davam edir. Dərslər dörd ay ərzində həftədə üç (3) saatlıq təlim seansları şəklində davam edir.

Hər kursun sonunda şagirdlərin səviyyəsi və inkişaf vəziyyətləri tətbiq olunan testlərlə müəyyən edilir. Təlimlər tələbələrin davamlı iştirakını təmin edərək, tələbələrdə zehni arifmetika və mental (zehni) riyaziyyat marağı oyandıracaq şəkildə aktiv həyata keçirilir.

Kurslar, məktəb dövrünə paralel olaraq təşkil edilən normal kurslar və yay vaxtı təşkil edilən intensivləşdirilmiş kurslar olmaqla iki şəkildə təşkil edilir. İntensiv yay dövrü kursları daha çox il içində proqramı uyğun olmayan yeni uşaqlar üçün və ya müxtəlif səbəblərlə il içərisində proqramı tam olaraq təqib edə bilməmiş təkrar etmək istəyən uşaqlar üçün təşkil olunmaqdadır.

IMG_8049

Məktəb dövründə paralel olaraq təşkil olunan normal kurslar: Bu kurslar normal məktəb proqramına paralel olaraq il içərisində iki dönəm olmaqla təşkil edilir, yayda isə tətil olur. Bu tənzimləmədə hər ilin birinci kursu məktəb proqramının birinci dövrünə paralel olaraq keçirilərkən, hər ilin ikinci kursu məktəb proqramının ikinci dövrünə paralel olaraq aparılır. Bu proqramda dərslər həftədə bir gün olmaq üzrə üç (3) saat keçirilir.

Yay dövründə təşkil edilən intensiv kurslar: Bu alternativ daha çox, məktəb dövründə çox məşğul olduqlarından bu proqramı qaçıran və yay dövründə uşaqlarının bu proqramdan yararlanmasını istəyən ailələr üçün təşkil edilir. İntensiv kurslarda dərslər həftədə ortalama (4) saat olaraq təşkil edilir. Dörd saatlıq dərs proqramı həftə içi günlərdə ola biləcəyi kimi, həftə sonlarında intensivləşmiş xüsusi qruplar şəklində də olur. Bu dörd saatlıq dərs, həftədə «2 gün x 2 saat» və ya həftədə «4 gün x 1 saat» şəklində keçirilir. Yayda üç ay davam edən bu sürətləndirilmiş proqramda 48 saatlıq bir kurs tamamlanmaqdadır. Qalıcı bir təlimin geniş zamana yayılması lazımdır. Bu səbəbdən iki kursluk təlimin bütövlükdə yayda verilməsi uyğun deyil. Bu tətbiqdə illik ödənişin də yarısı (bir kurs qarşılığı olaraq) tələb olunur.