Home » Rəsm » Məktəbə Hazırlıq

145dosk145Dünya sistemində uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır. İlk öncələr pedaqoji (3-4 yaş) hazırlığı, sonra əlavə olaraq psixoloji (4-5 yaş), sonda isə təlim-təhsilə hazırlıq mərhələsi də (5-6 yaş) əlavə olunur. Uşaqlarda yalnız pedaqoji hazırlıq (sayma

ğı və şeri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması ) heç də məktəbə hazırlığı demək deyil.

Məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped, həkim tərəfindən kompleks şəkildə aparılmalıdır. Məktəbəqədər yaş dövründə uşaqların ağız aparatınının dəyişilməsi ələlxüsus dişlərin çıxması uşaqlarda müxtəlif səslərin tələffüzünə maneə törədir. Bu da ünsiyyət zamanı öz təsirini göstərir. Uşağın pedaqoji hazırlığı olsa da psixoloji hazırlığının tam olmam

ası, məsələn, şeri gözəl bilib hətta evdə ailə üzvlərinə danışıb müəllimə söyləyə bilməməsi bu səbəbdən yaranmış problemdir. Həkimlə birlikdə öncədən tənzimlənən yuxu və qida rejimi də uşaqların məktəbə tez adaptasiya olmasına yardımçı olur.

Valideyn uşağının gigiyenik sağlamlığına önəm verdiyi qədər psixoloji sağlamlığına da diqqət etməlidir. Müəssisənin yemək şəraitinə, yataq otağına, təmizliyə önəm verdiyi qədər mütəxəssilərin də peşəkarlığına önəm verməlidir.

Əziz valideynlər, bu gün uşağınızın nə yeyəcəyini düşündüyünüz kimi nə öyrənəcəyinə də xüsusi diqqət edin! Bu uzun və səbr tələb edən şərəfli vəzifədə sizə bolluca uğurlar arzulayıram. Uşaqlarımız üçün məktəb gələcək həyatında ən önəmli yeri tutur.

Uşaqların məktəbə hazırlığı 6 ay davam edir və 3 mərhələdən ibarətdir.

1aylıq kursa daxildir.

Həkim-psixoterapevt (1 saat) – düzgün ve sağlam qidalanma. Rasionun təyini / sağlam yuxu rejimi. Boy ve çəkinin normasının təyini və korreksiyasi
Pedaqoq (7 saat) – ətraf mühiti dərk etmə, idrak proseslərinin korreksiyasi (diqqət, hafizə, təfəkkür, təxəyyül), incə və böyük motorikanin inkişafı (düzgün yazı vərdişlərinin aşılanması), hərflərin üzdən tanınması və sadə şəkildə oxunması, riyazi və məntiqi bacarıqların inkişaf etdirilməsi.
Psixoloq (1 saat) – uşağa sosial adaptasiyanın təşkili. Valideyinlərə bağlılıq hissinin psixokorreksiyasi. Düzgün davranış terapiyasının tətbiqi (bihevioral terapiya)
Loqoped (1 saat) – düzgün nitq bacarıqlarının təyini. Müəyyən dil qüsurlarinin aşkarlanmasi