Home » Rəsm

IMG_8043

Akvarel — kağız üzərində iş
Yağlı boya — kətan üzərində iş
Kağız üzərində rəsm
Quaş
Akril
Batika

Müəyyən müddət ərzində, siz akvarel, tutqun sulu boya (quaş), akril və yağlı boyalar və s. ilə rəsm çəkməyi öyrənəcksiniz. Kurslarımıza qatılaraq, siz valehedici boya dünyasına daxil olacaq, qeyri-adi fantaziyalarınızı kağızda əks etdirəcək, müxtəlif sərgilərdə, müsabiqələrdə iştirak edəcək, bununla da öz əsərlərinizi digər insanlara nümayiş etdirmək imkanı əldə edəcəksiniz.
Rəngkarlıq – təsviri incəsənətin görünən obrazların möhkəm və ya elastik əsas üzərində boyalarla əks etdirilməsi, rəqəmli texnologiyalar vasitəsilə təsvirlər yaradılması, həmçinin bu üsullarla yaradılan sənət əsərləri ilə bağlı olan ən qədim növlərindən biridir.
Təsvirlərin gözəlliyi, parlaqlığı, həcminin effekti akvarel, tutqun sulu boya, akril, yağlı boya və s vasitəsilə təsvir edilir.
Təsviri sənət aləminə rahat uyğunlaşmağınız üçün biz sizə rənglərin müxtəlif növləri haqqında qısa məlumat veririk.

IMG_8038

AKVAREL

Akvarel (fr. acquarelle – sulu; ital. acquarello) – suda həll olunma zamanı incə piqmentin şəffaf qarışığını əmələ gətirən və bunun hesabına yüngül, havalı və incə rəng keçidlərinin effektini yaratmağa imkan verən xüsusi akvarel boylarından istifadə olunan rəngkarlıq texnikasıdır. Akvarel rəngkarlığın (rəng tonlarının zənginliyi, formaların quruluşu və rənglərin genişliyi) və qrafikanın (təsvirin qurulmasında kağızın fəal rolu, rəngkarlığa xas olan relyefliyin olmaması) xüsusiyyətlərini birləşdirir.

QUAŞ (tutqun sulu boya)

Quaş(fr. gouache, ital. guazzo – su boyası) – akvarel boyalarının bir növü, adi akvareldən fərqli olaraq daha qatı və parlaqsız boya.
Quaşla yalnız kağız üzərində deyil, həm də yuyulmayan (astarı çəkilmiş) kətan üzərində, parça, karton və faner üzərində də işləmək olar. Quaş bəzək rəngkarlığında, müxtəlif eskizlər yerinə yetirilməsində geniş istifadə olunur. Rəngli eskizləri üçün ondan çox tez-tez istifadə edirlər. Quaşla işləmək çox asandır və bu, rəsm prosesi zamanı düzəlişlər etməyə imkan verir.

AKRİL

Akril boyaları — əsasən etil, metil polomerlərindən olan poliakrilatların, eləcə də olarala tərtib etibarı ilə yaxın olan polimerlərin əsasında hazırlanan boyadır. Rəngkarlıqda və tikintidə daxili və bayır işləri üçün istifadə olunur.
Akril boyalar su ilə qarışdırıla bilir (dispersiya şəklində), lakin quruduqdan sonra suyun təsirinə qarşı möhkəm olur və yuyulmur. Qarışdırılan suyun və əlavə olunan digər qarışıqların miqdarından asılı olaraq, akrillə çəkilən rəsm sonda akvarellə və ya yağlı boya ilə çəkilmiş rəsmlərə oixşaya bilər, və yaxud təsviri sənətin digər sahələrində əldə edilə bilməyən, özünəxas rəng çalarlarına malik ola bilər.

YAĞLI BOYALAR

Yağlı boyalar quru piqmentdən və qurumaqda olan yağdan ibarət olur. Məsələn, kətan, xaşxaş toxumlarının yağı və ya qoz yağı bu boyaların hazırlanmasında istifadə edilə bilər.
Yağlı boyalarla əsasən kətan, pambıq və ya taxta lövhə üzərində çəkirlər. Kətan, taxta, karton və ya başqa hər hansı əsas üzərində yağlı boya ilə rəsm çəkməkdən öncə əsasın üzərinə əvvəlcə qrunt çəkirlər. Bu, yağın boyaların tərkibindən axmasının qarşısını alır, boya təbəqəsinin səth ilə bağlanmasını təmin edir və səthə xüsusi faktura və rəng verir.

Batik

Batik – xüsusi tərkiblərdən istifadə etməklə parça üzərində əl ilə çəkilən şəkil. İpək, pambıq, yun və sintetik parça üzərinə parçanın materialına uyğun olan boya çəkilir. Boyaların birləşdiyi yerdə səlis sərhəddin alınması üçün “rezerv” adlanan xüsusi bərkidicidən istifadə olunur. Bərkidici tərkib parçadan, boyadan və işlənmə texnikasından asılı olaraq parafin, benzin və ya su əsasında hazırlanır.