Home » İdman

IMG_8062İdman bir mədəniyyət olaraq edilməlidir. Adam hansı yaşda idmana başlarsa başlasın mütləq sağlamlıq müayinəsindən keçməlidir. Bir mütəxəssisi tərəfindən müayinə edilən adamın, əzələ və skelet sisteminin, seçim edilən idmanı etməyə uyğun olub olmadığına qərar verilməlidir. Adamın müəyyən bir sağlamlıq problemi varsa həkim tərəfindən müəyyən olunub, özünə uyğun olan idman növünün qərarlaşdırılması çox əhəmiyyətlidir.
Uşaqlıq dövründəki idmanlar oyuna istiqamətli olmalıdır!
Uşaqlıq dövründə idmana başlayan kəslərlə, irəli yaşda idman etməyə başlayanlar arasında; fiziki, sosial, ruhi və şəxsiyyət inkişafına qədər hər sahədə fərqliliklər var.

Uşaqlıq dövründə edilən idmanlar daha çox oyuna söykənən idman növü olmalıdır. Uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Uşaqlar, inkişaf mərhələsində olduğu üçün güclü məşğələlərə davamlı gətirə bilmirlər. Çünki uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbonhidrat anbarı yetkinlərə görə daha azdır.
Bunun üçün uşaqlar həddindən artıq güc sərf edəcəkləri idmanlardan uzaq dayanmalıdır. Ailələrin uşaqlarını, seçim etdikləri və sağlamlıq vəziyyətlərinin uyğun olduğu idman növlərinə istiqamətləndirməsi lazımdır.

Bir fərd 4 yaşından etibarən idman etməyə başlaya bilər. Bu yaşlarda uşaqlar fərdi işlərdən çox qrup idmanlarına istiqamətləndirilə. «4-9» yaş arası uşaqlar əsas idman növü deyilən üzmə, gimnastika, atletizm və sürüşmə idmanlarını edə bilər. Bunlar daha çox oyuna söykənən idmanlardır. Uşaqlar «9-11» yaşlarına gəldikdə isə; voleybol, basketbol, futbol, tennis, alətli gimnastika kimi texniki bacarıqlarının inkişaf etdirilməsinə yardımçı olan idman budaqlarına istiqamətləndirilə bilər.